fbpx

Yeni yaradılmış Layihələrin idarə edilməsi kafedrasının müəllimləri görüş keçirildi

01 dekabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində rektor prof. Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə yeni yaradılmış Layihələrin idarə edilməsi kafedrasının müəllimləri ilə görüş keçirildi.
Görüşdə kafedra müdiri Prof. İqbal Babayev yeni yaradılmış kafedranın hazırda fəaliyyət, tədris proqramları və inkişaf strategiyası ilə bağlı universitetin rəhbərliyini məlumatlandırdı. İclasda layihələrin idarə edilməsi üzrə tədris prosesinin təkmilləşməsi, eləcə də tədrisin beynəlxalq standartlar əsasında təşkil olunması müzakirə olundu.
Rektor prof. Gülçöhrə Məmmədova müəllimlər ilə müzakirə apararaq tələbələrin PM sahəsində təlim sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi üzrə universitetin hər zaman dəstək olacağını bildirdi. Eyni zamanda , rektor yeni kafedranın fəaliyyətə başlamasına görə AzPMA təşkilatına minnətdarlığını bildirdi. AzPMA-nın icraçı direktoru Fatimə Axundova, universitetin Magistratura Mərkəzinin rəhbəri Rövşən Səmədov və kafedranın digər müəllimləri çıxış edərək dərs sistemində beynəlxalq standartların təbliğatının və tələbələrin daim motivasiya sisteminin möhkəmləndirilməsi üzrə bir sıra təkliflər irəli sürdülər.
Görüşün sonunda yeni yaradılmış kafedranın müəllim heyəti rektor ilə xatirə şəkli çəkdirdilər.
Əminik ki, Layihə Meneceri üzrə təhsil alan tələbələr gələcəkdə əldə etdikləri bilikləri təcrübədə tətbiq edərək ölkəmizdə həyata keçirilən layihələrə və o cümlədən, ümumi iqtisadiyyatımıza öz töhvələrini verə biləcəklər.