fbpx

Uğurlu layihələrə gedən yol bilikdən başlayır!

Uğurlu təşkilatlar layihələri məhdud vaxt və nəzərdə tutulmuş büdcə üzrə həyata keçirərək uğurlu nəticələr əldə edirlər. Bu səbəbdən də, rəhbərlər layihələri effektiv idarə edə biləcək mütəxəssisləri cəlb etməkdə maraqlıdırlar.

Layihə fəaliyyətinin geniş yayılması ilk növbədə təyin edilmiş resurslarların effektiv istifadə edilməsi və məhdud zaman ərzində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün imkan yaradan layihə yanaşmasının istifadəsi ilə sıx əlaqəlidir.

Layihə komandasını necə yaratmalı? Layihə büdcəsinə necə nəzarət etməli? Bu suallar layihələrin idarə edilməsində aparıcı hissələr hesab edilməklə bərabər, konkret layihə çərçivəsində digər proseslər ilə də sıx əlaqəlidir.

Hər birinizi Noyabr ayında başlayacaq təlimlərimizdə iştirak etməklə bu mütəxəssisləşmiş kompetensiyalar ilə tanış olmağa dəvət edirik. Kompetensiyalar haqda ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Təlim şirkət rəhbərləri, layihələrdə iştirak edən funksional bölmə rəhbərləri, layihə rəhbərləri və onların komandasının üzvləri, layihə ofisi mütəxəssisləri, aparıcı texniki mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Təlim 12 dərs olmaqla, ümumilikdə 24 saatı əhatə edir. Start – 11 Noyabr!

Təlimdən sonra iştirakçılar imtahan verərək BEYNƏLXALQ SERTİFİKAT əldə edə biləcəklər. Onların bilik və təcrübələri test sualları, esse və məntiqi tapşırıqlar üzərindən, eləcə də, interaktiv praktiki sessiyalar zamanı komanda işində fəallığı üzrə qiymətləndirilir. “С” və daha yüksək dərəcələr layihə hesabatı yazır və asessorlar ilə müsahibədən keçirlər. Bütün sertifikatlar IPMA-nın İsveçrədə rəsmi saytında qeydiyyatdan keçir (www.ipma.ch).

İmtahanı uğurla başa vuran iştirakçılar layihə menecerliyi üzrə IPMA SERTİFİKATINA və aşağıdakı beynəlxalq statuslara yiyələnmək imkanı qazanır:

• “D” dərəcəsi – layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis;
• “С” dərəcəsi – sertifikatlaşdırılmış layihə meneceri;
• “B” dərəcəsi – sertifikatlaşdırılmış aparıcı layihə meneceri;
• “A” dərəcəsi – layihələr direktoru.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi