Resertifikasiya
Resertifikasiya keçmək üçün tələb olunan sənədlər:
Resertifikasiyanın şərtləri layihə idarəçiliyi sahəsində aktiv fəaliyyət, təhsilin davam etdirilməsi və kvalifikasiyanın daima artırılması, eləcə də layihə idarəçiliyi sahəsində iş bacarığı və təcrübə əldə etməkdir.
- Yenilənmiş ərizə – (yüklə)
- Yenilənmiş tərcümeyi-hal (CV);
- Yenilənmiş özünü-qiymətləndirmə vərəqəsi – (yüklə);
- Yenilənmiş layihə, proqram və portfellər siyahısı;
- Sertifikatın faktiki etibarlılıq dövründə peşəkar fəaliyyət haqqında hesabat (bura daxildir: layihə, proqram və portfellər çərçivəsində namizəd tərəfindən icra edilmiş funksiya, vəzifə və tapşırıqlar; onların mürəkkəbliyi, eləcə də sertifikat sahibinin həmin layihə, proqram və portfellərdə iştirak müddəti);
- Sertifikatın faktiki etibarlılıq dövründə təhsilin davam etdirilməsi haqqında hesabat (bura daxildir: istənilən formada təlim keçilməsi, əldə edilmiş təcrübə və namizədin layihə idarəçiliyi sahəsində mütəmadi inkişafına etdiyi sərmayə);
- Namizədin layihə idarəçiliyi sahəsində iş təcrübəsi ilə tanış olan şəxslərin siyahısı (lazım gəldiyi təqdirdə asessorlar rəy almaq məqsədilə bu şəxslərlə əlaqə saxlaya bilərlər);
- Namizədin kompetensiyası və peşəkar davranışı haqqında yazılı şikayətlər (əgər varsa);
- Namizədin kompetensiyası, peşəkar artımı və davranışı haqqında əlavə sübutlar (namizədin öz istəyi ilə).
Resertifikasiya prosedurunun qiyməti:
Dərəcə | Məbləğ (Euro) |
D | 180 |
C | 300 |
B | 480 |
A | 600 |
Yenidən sertifikatlaşdırma
Sertifikatların etibarlılıq müddətinin məhdud olması ilə əlaqədar olaraq sertifikatlaşdırılmış layihə menecerləri yenidən sertifikatlaşdırma prosedurunu keçə bilərlər.
Layihə menecerlərinin yenidən sertifikatlaşdırılması proseduru:
Namizəd aşağıda göstərilən bütün sənədləri Assosiasiyaya təqdim edir;
- Sertifikatlaşdırma orqanı asessorlara yenidən sertifikatlaşdırma prosesini keçən namizədi qiymətləndirmək üçün standart forma təqdim edir;
- Sertifikatlaşdırma orqanı asessorların ümumi qiyməti əsasında sertifikatın yenilənməsi (etibarlılıq müddətinin artırılması) barədə qərar qəbul edir;
- Müsbət qərar verildiyi halda namizədə yenilənmiş sertifikat təqdim olunur.
Dərəcə | Məbləğ (Euro) |
D | 120 |
C | 200 |
B | 320 |
A | 400 |