fbpx

Qərbi Kaspi Universiteti və AzPMA Azərbaycanda layihə menecerlərinin hazırlığını həyata keçirəcəklər

Qərbi Kaspi Universitetinin rektoru Andris Leytas və Layihələrin İdarəedilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) prezidenti İqbal Babayev Əməkdaşlıq Memorandumunu imzalamışlar. AzPMA-dan verilən məlumata görə, memorandum AzPMA və Universitet arasında əməkdaşlıq münasibətlərini təmin etməklə layihə menecmentinin inkişafı, bu sahədə maarifləndirməni, layihələrin idarə edilməsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin icra olunmasını, bu sahədə birgə fəaliyyətin qurulmasını nəzərdə tutur. 

AzPMA əməkdaşlıq çərçivəsində universitetin pedaqoji kollektivi və tələbələr üçün International Project Management Association (IPMA) standartları çərçivəsində layihə menecmenti üzrə təlimlərin keçirilməsini, tədris ocağında keçirilən layihələrin icrasında beynəlxalq standartların tətbiqini mümkün edəcəkdir. Layihə menecmenti üzrə beynəlxalq IPMA sertifikasiyasının da tələbələr və müəllimlər üçün keçirilməsi memorandumun əsas müddəalarından biridir.

Qeyd edək ki, AzPMA Azərbaycan üzrə International Project Management Association (IPMA) beynəlxalq təşkilatının milli tərəfdaşıdır və artıq 20 ildir ki, Azərbaycanda beynəlxalq standartlar əsasında IPMA layihə menecmenti üzrə sertifikatlaşdırmanı həyata keçirir. Bu sertifikasiyadan keçən azərbaycanlı menecerlərimiz hazırda ölkəmizin iri şirkətlərində, eləcə də dünyanın müxtəlif ölkələrində öz karyeralarını davam etdirirlər.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi