fbpx

PM Club №20 İnşaat sahəsi üzrə icra olunan layihə nümunəsində beynəlxalq standartların tətbiqi

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası hər kəsi PM Club görüşlərində layihələrin idarə edilməsi üzrə müxtəlif təcrübələr ilə tanış etməyə davam edir. Hər birinizi 30 mart tarixində saat 19.00-da 2018-ci il üzrə keçirilən ilk PM Club görüşünə dəvət edirik. Qeyd etmək istərdik ki, bu günə qədər artıq 19 görüş təşkil olunmuş və menecerlər Azərbaycanda həyata keçirilən müxtəlif sahəli layihələrlə, onların icrasında istifadə olunan alətlərlə, eləcə də layihə menecerləri ilə taniş olmuşdular. Daha öncədən də məlumunuz olduğu üzrə, PM Club görüşünün keçirilməsində əsas məqsəd – layihə menecerlərinin bir araya toplaşması, Azərbaycanda həyata keçirilən layihələrlə tanışlıq və fikir mübadiləsinin aparılmasıdır.

Bu dəfəki görüşdə məruzəçi kimi məzunumuz Mirsalam Həsənov – IPMA level C, BCC Group şirkətində Layihə meneceri vəzifəsində çalışır. Çıxışın mövzusu “Qaz kondensant kəmərləri üzərində təmir tikinti ve metal konstruksiya layihəsi” nümunəsində inşaat layihələrinin işlənib hazırlanması və tətbiq edilməsinin idarə olunması mövzusunda olacaqdır. Mirsalam Həsənov öz çıxışında nümunələr əsasında inşaat sektorunda risklərin idarə edilməsi, layihədə qarşıya qoyulan vəzifələr və əldə edilmiş nəticələr haqda danışacaqdır. Bundan əlavə, layihələrin idarə edilməsində hansı beynəlxalq standartların tətbiq olunması üzrə də mövzulara toxunulacaqdır.

Müzakirə sualları əsasən aşağıdakı mövzuları əhatə edəcəkdir:
– İnşaat işləri aparılarkən hansı risklər meydana çıxmışdır və onların həlli yolları;
– Layihənin idarə edilməsi üzrə istifadə olunan proqram təminatları
– Komandanın idarə olunması üzrə düzgün yanaşmanı necə təşkil etmək olar

Görüş layihə menecerləri, mütəxəssislər, eləcə də tələbələr üçün maraqlı olacaqdır. Bütün iştirakçılar müzakirələrdə iştirak etmək və suallarına cavab tapmaq imkanı qazanacaqdır.

Görüşün dili: Azərbaycan

İştirak haqqı 10 азн (irəlicədən ödəniş olunur)
AzPMA üzvləri üçün iştirak – pulsuzdur. AzPMA üzvlüyünün üstünlükləri haqda məlumatı linkdən əldə edə bilərsiniz: http://ipma.az/fundamentals.html

Qeydiyyat üçün: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Keçirildiyi tarix: 30 mart, saat 19.00 (davamiyyəti 2 saat).

Keçirildiyi yer: Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-ci otaq, Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzi.