fbpx

Professor İqbal Babayevin Ukraynadakı 40 illik əməyi qiymətləndirildi

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın müstəqillik günü münasibəti ilə Kiyev İM Milli Universitetin rektoru c-b P.M.Kulikovu “Xidmətə görə 1-ci dərəcəli” ordeni ilə və həmin Universitetin Layihələrin İdarə Edilməsi kafedrasının professor İqbal Babayevi “Əmək və cəsarət” medalı ilə təltif etdi.

Birmənalı faktdır ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib. Təbii ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi daha da bir-birinə sıx bağlayır.

Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası möhtərəm Prezident İlham Əliyev və Ukraynanın Prezidenti möhtərəm Vladimir Zelenskiy tərəfindən uğurla davam etdirilir. Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın ayrı-ayrı sahələrinə dair imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına öz səmərəli töhfəsini vermişdir.

Əbədi qurulmuş bu dostluq körpüsü hər iki ölkəmizin vətəndaşlarına şərait yaradılmışdır ki, ölkələrimizin birgə inkişafına və çiçəklənməsinə, regional layihələrin uğurla həyata keçirilməsində öz töhfələrini versinlər.

Bu münasibətlərin baris nümunəsidir ki, Ukraynanın müstəqilliyinin 29-cu ildönümü münasibəti ilə Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərə orden və medalların verilməsi haqqında sərəncamında Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının rəhbəri Professor İqbal Babayevin də adı vardır.

Bu medalın məhz niyə İqbal Babayevə verilməsi ilə bağlı oxucularımızın diqqətinə bəzi maraqlı məqamları çatdırmağa özümüzə borc bildik:

Babayev İqbal Alican Oğlu 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981-1986-ci illərdə ümummilli lider Heydər Əliyevin göndərişi ilə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) “Avtomat­laş­dırma və İnformasiya texnologiyaları” fakültəsində təhsil almışdır. Həmin universiteti bitirdikdən sonra bu günə qədər KİMMU-da elmi işi davam etdirir.

1986-1991 illərdə həmin universitetdə Ukrayna əməkdar elmlər xadimi, Dövlət Mükafatı Lauriatı, professor S.D.Bushuyevin rəhbərliyi ilə aspiranturaya daxil olmuş, elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Bu müddətdə informasiya texnologiyaları üzrə həmin universitetdə mühazirələr oxumuş, tələbələr üçün metodiki göstərişlər hazırlamışdır. 1989-cu ildə Kiyev şəhəri üzrə “İlin ən yaxşı ixtiraçısı” adı almışdır. Unversitetin ictimai həyatında fəal iştirak etmiş və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə “Ən yaxşı müəllimlik fəaliyyətinə” görə təltif olunmuşdur. 1988-1991 illərdə Kiyev şəhərində kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə Kiyev şəhəri üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir.

1990-cı ildə Kiyevdə 05.13.07-TPAİS ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi adını almışdır. Həmin ildən başlayaraq “Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsində innovasiya texnologiyaları” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləmişdir.

2006-cı ildə Layihələrin İdarə Olunması elmi istiqamətində MDB məkanında birinci dəfə olaraq doktorluq dissertasiyasını müdafiə edərək  texnika elmləri doktoru elmi dərəcəsi adını almışdır.

Dünyada Ukrayna alimi kimi tanınmış “Layihələrin genetik modeli” elmi istiqamətinin müəllifidir.

Elmi işin nəticələri Ukraynanın Kiyev, Çerkassı və Çernobil şəhərlərində tətbiq edilmişdir.

2000-ci illərdə Çernobil atom elektrik stansiyasının 4-cü blokunun bağlanması ilə bağlı davam edən layihələrdədə elmi nəticələri tətbiq edilmişdir.

1994-cü ildə Ukraynada Professor S.D.Buşuyevin rəhbərliyi ilə Layihələrin İdarə Ediməsi Beynəlxalq Assosiasiyanın nümayələndiyinin yaradıcılarından biri olmuşdur. Bunun nəticəsi olaraq Layihə Menecmenti üzrə Beynəlxalq Sertifikatlaşdırma bölməsində minlərlə ukraynalı layihə meneceri kadrları hazırlanmış və hal-hazırda hazırlanmaqdadır.

Layihələrin idarə edilməsi (Project Management) üzrə Ukrayna ali məktəblərində tədris proqramının hazırlanmasında yaxından iştirak etmişdir və hal-hazırda b proqram əsasında Ukraynanın bir çox Universitetlərində mütəxəssislər hazırlanır.

Ukraynada Project Management sahəsində çap edilmiş məşhur  monoqrafiyaların müəllifidir:

Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsi – Kiyev ş.-170 səhifə.

Proqramların və layihələrin idarə olunmasında kreativ texnologiyalar (həmmüəllif) – Kiyev ş. – 768 s.

Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) “Texnoloji proseslərin avtomat­laş­dırması” kafedrasında 20-ə yaxın tələbələr üçün metodiki vasitələrin, 100-ə yaxın elmi məqalənin, tələbələr üçün 2 dərsliyin müəllifidir.

Dünyanın 70-ə yaxın ölkələrində elmi-praktiki seminarlarda, konfranslarda iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.

2012-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Layihələrin İdarə Olunması kafedrasının Professoru seçilmiş və hal hazırda bu Universitetdə saat hesabı mühazirələr oxuyur və diplomlara rəhbərlik edir.

Onun rəhbərliyi və məsləhəti altında Ukraynanın layihə menecmenti sahəsində çoxlu elmlər namizədi və elmlər doktoru dissertasiyaları müdafiə olunmuşdur.

Prof. İ. Babayevi Ukraynanın Layihə Menecmenti kafedraları olan bütün Universitetlərinin bu alim və müəllimləri bu elmin ilk qurucularında birincisi kimi tanıyırlar.

Ukraynada Layihələrin və Proqramların İdarə Olunması 05.13.22 şifrəli doktorluq dissertasiya şurasının üzvüdür.

2006-2008-ci illərdə Ukraynanın ən böyük investisiya kompaniyası olan “İCD İnvestment Company” şirkətinin layihə idarəçiliyi üzrə vitse-prezidenti vəzifəsində işləmişdir.

«Управ­ление Проектами и развитие производства» (Ukrayna, Kiyev)  və «Управ­ление Проектами и программами» (Ukrayna, Odessa) beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür.

Dövlətçilik sahəsində:

İqbal Babayev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini kimi Azərbaycan-Ukrayna hökümətlərarası komissiyasının üzvüdür. O iki xidmət arasında çoxlu işlər görmüş və Ukrayna gömrüyündə onun əvəzedilməz xidmətləri vardır.

Ukrayna Prezidenti Vladimir Zelenskinin gömrük xidməti rəhbərləri ilə keçirtdiyi müşavirədə İqbal Babayevin adı vurğulanmış və onun əməyinin danılmaz olduğu bildirilmişdir.

Ukrayna Dövlət Gömrük Komitəsinin Departament rəhbəri Aleksandr İvaşkeviçin yazdıqlarını Sizin diqqətinizə çatdırıram: «Заместитель Председателя Государственного таможенного комитета Азербайджанской Республики Игбал Алиджанович Бабаев – пожалуй, самый известный в Украине иностранный таможенник. Никто не сделал столько, сколько он, для углубления эффективной и конструктивного сотрудничества между нашими таможенными администрациями, в том числе, но далеко не исключительно, в налаживании информационного обмена. Господин И.Бабаев не только поднял ИТ в Азербайджанской таможни, но и непосредственно вовлечен в процессы развития ИТ составляющей таможни Украины, за что ему отдельное спасибо. Игбал Бабаев – искренний друг Украины. Он много лет работал в Киеве, преподавал в КНУБА. Я горжусь личным знакомством с таким человеком. Поздравляю с заслуженной наградой! С Днем Независимости Украины!» – Начальник Департамента Государственного Таможенного Комитета Украины Александр Ивашкевич.

Prof. İqbal Babayev eyni zamanda GUAM təşkilatında Azərbaycan gömrük xidmətini təmsil edir. GUAM çərçivəsində Nəqliyyat və Ticarətə dəstək layihəsinin aktiv üzvü olaraq Azərbaycan-Ukrayna gömrük xidmətləri arasında mal və nəqliyyat vasitələrinin ilkin məlumatlandırma sisteminin yaradılması, malların mənşə sertifikatının elektronlaşdırılması, tranzit dəhlizinin sadələşdirilməsi,  “GUAM-ın rəqəmsal ticarət qovşağı”nın yaradılması, “Platforma CLİCK” potensialın gücləndirilməsi layihəsi, gömrük kadrlarının hazırlanması, gömrük rəsmiləşdirilməsində “Blockchain” texnologiyasının tətbiqi layihələrinin müəllifi və meneceri olmuşdur. Bu layihələrin tətbiqi hər iki ölkənin ticarət dövriyyəsinin artmasına və ikitərəfli inkişafa öz töhfəsini vermişdir.

Eyni zamanda, bir faktı da qeyd etmək istərdik: İqbal muəllimin oğlu Cahid Babayev Ukrayna vətəndaşı kimi Beynəlxalq Humanitar Təşkilatda rəhbər vəzife tutaraq Ukraynanin işğal olunmuş ərazilərində (Donesk, Luqansk şəhərlərində) işğal olunduğu tarixdən bu günədək Ukrayna vətəndaşlarına yardım layihələri həyata keçirir. Cahid Babayev, Kiyev Milli Universiteti qırmızı diplomla bitirib, Amerikada Magistr pilləsini başa vurub, hal-hazirda Kiyev Universitetinin aspiranturasında təhsilini davam etdirir.

Professor İqbal Babayevin Ukrayna ilə bağlı gördüyü işlərin yalnız bir hissəsini Sizlərin diqqətinizə çatdırdıq və gələcəkdə daha böyük nailiyyətlər əldə etməyi arzulayırıq.