11 dekabrda Bakının Four Seasons otelində Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının təşkilatçılığı (AzPMA) ilə I Milli Layihə Menecmenti Forumu keçirildi. Forumun Rəsmi Tərəfdaşı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Baş Tərəfdaşı isə BP şirkəti idi.
Forumda AzPMA prezidenti İqbal Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatın rəhbəri Azad Cəfərli, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin üzvü Tahir Mirkişili, Azəraycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və başqaları çıxış etmişdir.
Forum çərçivəsində keçirilən panellərdə isə aşağıdakı çıxışlar olmuşdur:
- Xaqani Abdullayev, Eurodesign şirkəti, layihə rəhbəri (“Layihə İdarəetmə Metodları. Eurodesign təcrübəsindən”);
- Osman Hakan Ozbek, North West Construction şirkəti (“Layihə menecmentində NW strategiyası”);
- Vurğun Hacıyev, ATL Tech şirkəti (“Yeni nəsil layihə menecmenti”);
- Rəşad İbrahimov, Azər-Türk Bank PMO rəhbəri (“Reallığın əksi 5”);
- Nəriman Topçibaşev, PMD Groups şirkətinin Layihələr üzrə director müavini (“Beynəlxalq layihə menecmenti metodlarının yeni təşkilatlarda tətbiqi”)
- Edqar Abdulayev, Pasha Bank-ın department rəhbəri (“Proseslərin Lean-Sigma metodologiyası ilə təkmilləşdirilməsi”).
Forum çərçivəsində Azərbaycanda layihə menecmentinin inkişafını qiymətləndirilmiş, aparıcı şirkətlərin bu istiqamətdə praktik təcrübə mübadiləsini təmin olunmuş, beynəlxalq layihə menecmenti standartlarını rəsmi səviyyədə təqdim edilmiş və bu istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətləri ölkə səviyyəsində nümayiş etdirmək nəzərdə tutulmuşdur.
Forumun tərəfdaşları Azərbaycanda müxtəlif sahələrdə unikal layihə menecmenti təcrübəsi olan Eurodesign, North West Construction, ATL və Antaris şirkətləridir.
Forumun keçirilməsində əsas məqsədlər:
- Azərbaycanda layihə idarəçilyi ənənələrinin gücləndirilməsi;
- Dövlət sektprunda layihə menecmenti alətlərinin tətbiqinin mühümlüyü;
- Beynəlxalq layihə menecmenti standartlarının mühümlüyünün qeyd olunması;
- Layihə menecmenti sahəsində Azərbaycanın müsbət təcrübəsinin bəyan edilməsi;
- Dövlət və özəl təşkilatların kadr potensialının gücləndiriılməsi;
- Gənclər arasında layihə meneceri peşəsinin təşviqi.
I Milli Layihə Menecmenti Forumu dünyada layihə menecmenti sahəsində aparcıcı qlobal təşkilatlardan biri olan International Project Management Association (IPMA) patronajı altında keçirilmişdir.
Forumda həmçinin IPMA beynəlxalq sertifikasiyadan keçmiş menecerlərə təntənəli surətdə sertifikatlar təqdim olunmuşdur.
Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
***
AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.
AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.
AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi