15-17 dekabr tarixlərində AzPMA “Azərbaycanın ali təhsil müəssisəsilərində layihə menecmenti
tədris potensialının artırılması” hədəfi çərçivəsində “Layihələrin idarə edilməsi” üzrə akademik təlim kursunun keçirilməsini təşkil etmişdi.
3 gün müddətində 24 saat ərzində keçirilən təlim zamanı 8 ali təhsil müəssisəsindən olan müəllim heyyətinə “Layihələrin idarə edilməsi” kursunun necə effektiv şəkildə tədris olunacağı barədə praktiki biliklər verilməklə bərabər, gələcəkdə bu bilikləri tələbələr ilə bölüşməyə imkan yaratmaq üçün zəruri məlumatlar təqdim edilmişdir.
Təlimin əvvəlində AzPMA-nın təsisçisi və prezidenti prof. İqbal Babayev çıxış edərək, layihə idarəetməsində beynəlxalq standartların tətbiq edilməsinin mühümlüyünü qeyd etmiş, iştirakçılara beynəlxalq təcrübələr barədə misallar gətirərək Azərbaycanda da bu istiqamətin inkişafına böyük yer ayrıldığını və günümüzdə bu sahənin zəruri olduğunu bildirmişdi.
Təlim AzPMA-nın akkreditasiya olunmuş və rəsmi lisenziyası əsasında IPMA beynəlxalq standartları üzrə təlim şirkəti PMO.az, təsisçi Rəşad İbrahimov tərəfindən keçirilmişdir.
Təlimdə iştirak edən müəllimlər bütün zəruri materiallar, eləcə də AzPMA ekspertləri tərəfindən hazırlanan akademik vəsait ilə təmin olundular.
Hər bir müəllim üzvünə fəal iştirakına görə təşəkkürümüzü bildirir və gələcəkdə bu biliklərin tələbələrə ötürülərək layihə menecmenti istiqamətinin inkişafına təkan verilməsini diləyirik.
Təlimdə iştirak edən universitetlər:
1.Bakı Mühəndislik Universiteti;
2.Azərbaycan Texniki Universiteti;
3.Azərbaycan Dövlət İqtisad Universiteti;
4.Azərbaycan Memarlıq və İnşaat Universiteti;
5.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
6.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
7.Azərbaycan Turizm və Menecment Universiteti.
8.Milli Aviasiya Akademiyası