fbpx

ATƏT-in Bişek ofisinin əməkdaşına IPMA sertifikatı təqdim olundu

ATƏT- in Bişek ofisinin (OSCE Programme Office-in Bishkek ) əməkdaşı, Proqram koordinatoru, layihə mütəxəssisi Fatima Dolaeva imtahan prosesindən uğurla keçərək IPMA Level C Certified Project Manager beynəlxalq statusuna layiq görüldü. Sertifikatı AzPMA-nın prezidenti, prof. İqbal Babayev təqdim etdi.

AzPMA layihələrin idarə edilməsi sahəsinin Azərbaycanda, eləcə də digər ölkə və şəhərlərdə təbliğ edilməsini həyata keçirir. Artıq fəaliyyətimiz dövründə xarici ölkələrdən IPMA Azərbaycan nümayəndəliyi – AzPMA – ya  müraciət edərək sertifkatlaşdırılmış beynəlxalq layihə menecerləri sırasına qoşulmaq imkanı əldə edə bilmişdilər.