29 sentyabr tarixində “Rəqəmsal Layihələrdə Project Management” mövzusunda layihə menecerlərinin görüşü keçirilmişdir. Görüşü AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru, IPMA Level A, prof.İqbal Babayev açaraq müasir dövrdə layihələrin idarə edilməsi üzrə bilik və bacarıqların artırılmasının mühümlüyünü qeyd etdi və xarici PM sistemi ilə təcrübəsini bölüşdü.
Daha sonra görüşün spikeri, Myvideo.az layihəsinin rəhbəri, IPMA Level B – Əli Əliyev Milli İnternet Televiziya Platformasıhaqda söhbət açaraq, rəqəmsal layihələrdə yaranan çətinliklər və onların aradan qaldırılması yolları haqda danışdı.
AzərTürkbank ASC-nin Project Management Office rəhbəri, IPMA Level B Rəşad İbrahimovun çıxışı da maraqla qarşılandı. O, banklarda layihə menecmentinin tətbiqi zəruriliyi haqqında ətraflı məlumat verdi, iştirakçılarda yaranan sualları cavablandırdı.
Görüşün sonunda AzPMA-nın prezidenti prof.İqbal Babayev beynəlxalq sertifikasiyadan keçən menecerlərə sertifikatları təqdim etdi. Qeyd edək ki, bu sertifikatlar beynəlxalq reyestrdə qeydiyyatdan keçir və bütün dünyada tanınır.
Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
***
AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.
AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.
AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi