Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası (AzPMA) ASAN Xidmətin Tədris mərkəzində layihə menecmenti mövzusunda təlim keçirmişdir. Təlimdə ASAN Xidmətin əməkdaşları iştirak etmişdir.
Təlim çərçivəsində layihə menecmentinin müasir idarəetmədə artan rolu, International Project Management Association (IPMA) tərəfindən təsdiqlənən texniki, davranış və kontekstual kompetensiyalar haqqında ətraflı məlumat verilmişdir. Layihədə tələb və vəzifələr, risk və imkanlar, layihənın fazaları, layihə strukturları, vaxt və layihə fazaları və s. mövzularda zəruri biliklər verilmişdir.
Təlim AzPMA-nın sertifikatlaşdırılmış təlimçisi Elvin Axundov tərəfindən keçirilmişdir.
Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
***
AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.
AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.
AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi