AzPMA və PMO.az Layihə Düşüncə Məktəbinin birgə əməkdaşlığı ilə IPMA beynəlxalq sertifikatlaşdırma proqramı üzrə təlim və imtahan prosesindən müvəffəqiyyətlə keçmiş 2023-cü ilin ilk məzunlarına sertifikatların təqdimatı keçirildi. Görüşü AzPMA-nın təsisçisi, professor İqbal Babayev açaraq iştirakçılara layihələrin idarə edilməsi istiqamətinin müasir dövrdə mühüm yer tutduğunu qeyd edərək bir sıra uğurlu/uğursuz layihə nümunələrindən söhbət açdı və bu istiqamətdə öz tövsiyyələrini verdi.
PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi Rəşad İbrahimov həmçinin çıxış edərək, layihə idarəetməsində güclü və təsiredici rol oynayan bir sıra kompetensiyalardan və bu istiqamətdə yeniliyə doğru gedən addımlar barədə qısaca məlumat verdi.
Sonda iştirakçılara İqbal Babayevin “Layihələrin idarə edilməsi” kitabı təqdim edildi.
Qeyd edək ki, IPMA sertifikatı dünya ölkələri tərəfindən tanınır və beynəlxalq reyestrdə qeydiyyatdan keçir.
Sertifikat alan hər bir menecerə uğurlar arzulayırıq!