fbpx

01 sentyabr tarixində IPMA Level B və IPMA Level C üzrə sertifikatlaşdırma imtahanından keçən namizədlər ilə Workshop keçirilmişdir.

 

IPMA standartlarına əsasən, bu mərhələdə namizədin təqdim edilən problemləri həll etmək və bütün qrup ilə göstərilən vəziyyətdən çıxış yolu tapmaq üzrə bacarıqları qymətləndirilir.
Workshop-da iştirak edən menecerlərin hər biri təqdim olunan layihədə öz üzərinə müəyyən rolu götürərərək öhdəliyinə düşən vəzifəni yerinə yetirmişdir.
Sonda menecerlərin qrup halında hazırladığı təqdimat asessorlarımız Məzahir Cəmilov və Murad Bağırzadə tərəfindən qiymətləndirilərək imtahan nəticələrinə əlavə ediləcəkdir.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com

***

AzPMA təşkilatı haqda arayış
AzPMA Azərbaycanda International Project Management Association (IPMA) –nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA – ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 300-dən artıq peşəkar, dünya üzrə isə 220.000 nəfərdən artıq IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi